Çərşənbə , Yanvar 22 2025
azfa

Mühacir kürdlərin Bəykəndidən İran məclisinə göndərdiyi deputat Qərbi Azərbaycanla bağlı yenə yalan iddia irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin Azərbaycan ərazilərinə qarşı iddiaları davam etməkdədir.

Mühacir kürdlərin Bəykəndidən (Bukan) olan deputatları Qəsim Osmani yalandan yenidən iddia edib ki, guya Qərbi Azərbaycanın əhalisinin yarısı kürdlərdən ibarətdir.

O deyib ki, Qərbi Azərbaycan əyalətnin əhalisinin yarısı kürddür və bu qədər əhəmiyyətli cəmiyyəti nəzərə almamaq olmaz.

“Pəyam-e Nur” Universitetinin tələbələri ilə görüşündə kürd dilində çıxış edən Osmani, Qərbi Azərbaycan əyalətində kürdlərin hüquqlarının yetərincə tanınmadığını da iddia edib.

4 dövr İran parlamentnə təyin olunan Osmani, əyalətə onların istəyinin əksinə olaraq miliyyətcə türk valinin seçilməsində üstüörtülü şəildə gileylənib.

Qeyd edək ki, kürdlər son 100 ilə yaxın bir dövrdə irqçi fars rejimin əlində alətə çevrilib və Azərbaycan ərazilərinə köçüb buraları kürdləşdirirlər. Bunda məqsəd isə Türkiyə ilə Güney Azərbaycan ərazisində kürdlərdən ibarət bufer zona yaratmaqdır.

Həmçinin yoxlayın

Azərbaycanlı şair İranda Azərbaycan türkcəsində kitabların yazılması ilə bağlı səhv və qərəzli göstərişləri tənqid edib

GADTB: Təbrizli şair və tədqiqatçı Saleh Səccadi İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Azərbaycan türkcəsində …

40 milyon azərbaycanlını bütün insani hüquqlarından məhrum edən molla rejimi Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir

GADTB: İrqçi fars-molla rejimi 40 milyon azərbaycanlını bütün insani hüquqlarından məhrum etməsi bəs deyil, Azərbaycan …