Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Erməni terorçuları PKK terror təşkilatına dəstək verdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni terrorçu Nubar Ozanyanın adını daşıyan terror qruplaşması PKK/YPG-yə dəstək verdiyini açıqlayıb.

Bununla bağlı terror qruplaşması Ayn əl-Ərəb (Kobani) bölgəsindəki tunellərin birində videomüraciət ünvanlayıb.

Qeyd edək ki, “Nubar Ozanyan” Suriyanın şimalında PKK/YPG təşkilatının nəzdində fəaliyyət göstərir və əsasən yerli ermənilərdən formalaşdırılıb. Terror qruplaşmasının adını daşıdığı Nubar Ozanyan 2017-ci ildə Rakkada İŞİD tərəfindən məhv edilib.

Qruplaşma 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Qarabağa göndərilmişdi.

Video:

https://t.me/GADTB1/39219

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …