GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli rəsmən komandadan ayrılıb.
Bu barədə klubun sahibi və icraçı direktorunun baş məşqçi ilə aralarında razılıq əldə olunub.
“Traxtur” futbol komandasının müdiri Əhəd Şeyxləri növbəti baş məşqçinin təyin edilməsinə qədər isə komandanı idarə edəcək.
Qeyd edək ki, Mustafa Dənizli cari ilin iyul ayında “Traxtur”un baş məşqçisi təyin edilmişdi. O, liqanın 13-cü həftəsinin sonuna qədər komandaya 18 xal qazandırmağa nail olub.