Cümə axşamı , Sentyabr 24 2026
azfa

İraqda Xamneyinin ücbatında qətilamlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq əhalisinin irqçi fars rejimin müdaxiləsi və İrana bağlı hakimiyyətin istefası məqsədilə keçirilən etirazlarda etirazçıların qətliamı davam edir.

Günahsız əhaliyə qarşı qətliamı isə Xamneiyə bağlı terrorçu Sepahın təşkil etdiyi terrorçu qruplar, o cümlədən Həşdişəbi törədir.

İraqın paytaxtı Bağdadda dekabrın 6-da axşam saatlarına siyahlı şəxslərin etiraz aksiyası keçirənləri atəşə tutulması nəticəsində ən azı 50 nəfər ölüb.

Bu barədə “Al Arabiya” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan əvvəl 25 nəfərin öldüyü 130 nəfərin yaralandığı bildirilirdi.

İraqın paytaxtı Bağdadda silahlı şəxslərin etirazçılara hücumu nəticəsində ən azı 25 nəfər ölüb. Hücum nəticəsində 130 nəfər yaralanıb.

Dekabrın 6-da axşam saatlarında mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına gələrək burada toplaşan nümayişçilərə atəş açıb. Atışmanın bir neçə saat davam etdiyi bildirilir.

Silahlı təxribatın arxasında kimin dayandığı hələ ki, müəyyənləşdirilməyib. Lakin bildirilir ki, hücum nümayişçilərə qarşı dəfələrlə silah işlətməkdə ittiham olunan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunmayıb.

Xatırladaq ki, İraqda yaşayış şəraitinin pisləşməsi, artan işsizlik, korrupsiyaya qarşı oktyabrın 1-dən etibarən etirazlar başlayıb. Etirazlarda 400-dən artıq şəxs həlak olub, minlərlə insan yaralanıb və həbs edilib.

Ölkənin baş naziri Adel Abdul Mahdi öz istefasını parlamentə təqdim edəcəyini bildirib.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın