GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Mustafa Dənizli Güney Azərbaycanın “Traxtur” komandası ilə baş məşqçisi kimi müqavilə imzaladı.
Artıq Güney Azərbaycanın “Traxtur” komandası türkiyəli Mustafa Dənizliyə tapşırılıb. 70 yaşlı mütəxəssis son olaraq ölkəsində “Kasımpaşa” klubunda çalışıb.
Qeyd edək ki, Mustafa Denizli 2013-2014 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, İranın “Persepolis” və “PAS Tehran” komandalarına da rəhbərlik edib.