Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək imkanlarını nəzərdən keçirdiyinə dair məlumatların yayılmasından sonra NATO rəsmisi təşkilatın istənilən təhlükəyə qarşı hazır olduğunu bildirib.

Adı açıqlanmayan NATO rəsmisi Reuters agentliyinə deyib ki, NATO bütün təhdidlərə qarşı mübarizə aparmağa hazırdır və bütün müttəfiqlərinin müdafiəsi üçün zəruri olan hər şeyi daim həyata keçirəcək.

NATO rəsmisinin bu açıqlaması Britaniyanın Financial Times qəzetində yayılan məlumatdan sonra səsləndirilib.

Qəzet çərşənbə günü səhər İran hökuməti daxilindəki mənbələrə istinadən yazıb ki, ABŞ-la müharibənin genişlənəcəyi təqdirdə İran Avropadakı, o cümlədən Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirməyi nəzərdən keçirir.

Bolqarıstan ötən ay ABŞ ordusunun yanacaqdaşıyan təyyarələrinin ölkədəki Bezmer hərbi bazasından istifadəsinə icazə verib. Kiprdə isə Britaniyaya məxsus hərbi hava bazası yerləşir. Bu baza 40 günlük müharibə zamanı ən azı bir dəfə pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

“Financial Times” həmçinin İran hökuməti daxilindəki mənbələrə istinadən bildirib ki, Tehran gərginliyin daha da artacağı təqdirdə Hörmüz boğazında sualtı fiber-optik rabitə kabellərinə hücum imkanını da ayrıca nəzərdən keçirib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …