GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Nişabur, Yəzd, Tehran, Şiraz və s. şəhərlərdə İran rejimi və bahalığa qareşı etirazlar keçirildi. Əhali molla rejiminə qarşı şüarlar səsləndiriblər.
Həmçinin Çaharmahal və Bəxtiyari əyalətinin Pordəncan şəhər sakinlərinin hökumətə etiraz etdiklərinə dair videolar yayılıb. Nümayişlər gecə saatlarında başlayıb və narazı camaat “Vilayət-i Fəqih (ali rəhbərin hakimiyyəti) sisteminə ölüm”, “Rəisiyə ölüm” kimi bir sıra şüarlar səsləndirərək hakimiyyətə öz etirazlarını bildiriblər.
Polis nümayişin qarşısını almağa çalışsa da, xalq izdihamı şiddətli olduğundan buna nail ola bilməyiblər.
Etirazçılarının sözlərinə görə, onlar həm də Cunqan şəhərində baş tutan aksiyalara dəstək məqsədi ilə ayağa qalxıblar. Əldə edilən qeyri-rəsmi məlumatlara görə, Cuneqan şəhərində mayın 12-də baş tutan mitinqlər zamanı təhlükəsizlik qüvvələri 200 nəfərdən çox narazı vətəndaşı həbs ediblər.
Eyni zamanda Nişapur şəhər sakinləri ölkədə son qiymət artımlarına etiraz olaraq alış-veriş mərkəzlərinə hücum ediblər. Zəruri qida məhsulları almağa çalışan narazı xalq hökumət əleyhinə “Rəisi, həya et, məmləkəti tərk et” kimi müxtəlif şüarlar səsləndiriblər.