GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Nyu-York Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezident seçkilərinin ikinci turuna səs verdikləri Türkevinə hücum olub. Naməlum şəxs əlində dəmir lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb. Türkevi ətrafında təhlükəsizlik zolağı olan Nyu York Polisi hadisə ilə bağlı araşdırma başladıb.
Turkustan.az xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu York Baş Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezidentliyə səs verdiyi Türkevi binasına hücum edilib.
Saat 03:14-də naməlum şəxs əlində dəmir lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb. Nyu York polisi ilə əlaqə saxlayıb. Türkevi ətrafında təhlükəsizlik zolağı olan Nyu York Polisi hadisə ilə bağlı araşdırma başladıb.