Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ocanda Babək qalasına yürüşə çağırış posterləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ocan şəhərində Babək qalasına yürüşə çağırışla bağlı posterlər yayılıb.

Azərbaycanlı milli-mədəni fəallar Təbriz və Ərdəbil, Sulduz və Urmiyadan sonra bu şəhərdə əhalini illik Babək Qalası Qurultayına Çağırış etmək məqsədilə çox sayda posterlər divarlara yapışdırıblar. Onlar əhalini həmin qurultaya qatılmağa dəvət ediblər.

Şəhərin divarlarına yapışdırılan posterlərdə “Ata Babəkin doğum günü qutlu olsun”,

“Biz birlikdə güclüyük

Könlüm istər gəlsin hər yandan Azərbaycan səsi

Səslənəndə can bağışlar canlara canan səsi

İlqara and içmişik biz, öldü vardır döndü yox

Ta azərbaycanlı var batmaz Azərbaycan səsi

Qalasında Babəkin səs batmayıbdır indidə

Vardı daiç Babəkilə bağlanan peyman səsi” şüarları yazılmışdır.

Bundan öncə Təbriz, Ərdəbil, Sulduz və Urmiya şəhərlərində oxşar aksiyalar keçirilib və azərbaycanlılar Babək qalasında Babək qurltayına çağrılıblar.

İran rejimi isə müxtəlif yollarla azərbaycanlıların qurultaya qatılmasına mane olmağa çalışır. Bununla bağlı artıq rejim müxtəlif şəhərlərə azərbaycanlı fəallara qarşı təzyiqlərə başlayıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …