Bazar , Oktyabr 18 2026
azfa

Urmuiyada Babək qalasına yürüşə çağırış posterləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Urmuiyada Babək qalasına yürüşə çağırışla bağlı posterlər yayılıb.

Azərbaycanlı milli-mədəni fəalları şəhərin əksər bölgələrində illik Babək qalasında keçiriləcək Babək Qalası Qurultayına çağırışla bağlı çoxsaylı posterlər hazırlayıb şəhərin müxtəlif yerlərində yaymaqala əhalini quruktaya qatılmağa çağırıblar.

Şəhərin divarlarına yapışdırılan posterlərdə “Babək qalası, tariximizin böyük kişisi Babək Xurrəmdinin doğum gününün ildönümündə 1 iyul 2022-də görüşərik. Azərbaycan Milli Hərəkəti- Urmiya” şüarı yazılıb.

Qeyd edək ki, bundan öncə Təbriz Ərdəbil və Sulduza da oxşar posterlər divarlara yapışdırılaraq Babək qalasına yürüşə çağırış edilmişdi.

İran rejimi müxtəlif yollarla azərbaycanlıların qurultaya qatılmasına mane olmağa çalışır. Bununla bağlı artıq rejim müxtəlif şəhərlərə azərbaycanlı fəallara qarşı təzyiqlərə başlayıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …