Cümə , Aprel 19 2024
azfa

Oxulların yenidən açılması ilə bağlı Birgə Bəyanat

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mehr ayının biri, İranda qeyri-fars millətlərin kültürel ,soyqırım günüdür!

İran adlanan ölkədə oktyabr ayının başlanğıcı, qeyri-fars millətlərin mənəvi soyqırımına ,”yandırılmış torpaq”  və asimilə etmə siyasətinə

qəbul etmək deməkdir!

İranda Oxullar oktyabr ayında açılacaq və on illiklər ərzində olduğu dək ,İranda çox millətli qeyri-fars millətlərin günahsız üşaqların mənəvi soy qırımı yeniden başlanacaq.

İranda ilk müasir məktəbi quran Azərbaycan, “Vətən Dili ” adlı ilk milli Azərbaycan dərsliyini Azərbaycan türk dilində yazdı. O, eyni zamanda öz yüksək mədəniyyətinə dayanaraq ,dövrün

geri qalmış irticaçılarına qarşı vətənin günahsız qızlarını tərbiyə və eytiminə çalışdı,başarılı addımlar atdı .ancaq ,təhqir, tarixi təhrif ,aşağılama, və milli basqıdan başqa heç sey əldə etmədi. Türklər Azəri oldu, türk adları fars dilinə çevrildi və ya tərcümə edildi, Güney Azərbaycanın tarixi torpaqları parça parça olundu və türklərin məzlum evladları, Azərbaycan cənnətindən ,iş üçün ,halal qazanç üçün İranın çöllerine  köçmə məcburiyətində qalırlar!

Oktyabrın 1 -də məktəblər açılır, amma nə qədər acıdır ki, bir türk öyrəncisi ana dilini köhnə xatirələrlə bağlanır və bugün  kültür qırımının ,odunu olur.

Məktəblərdə türkcə danışmaq qadağası, cərimələrin təyin edilməsi və yas törənlərində ,yas yasağı, etirazçıların bu ölkədən qovulması və on minlərcə insanımızın ,1325 -ci ilin dekabrında vəhşicəsinə öldürülməsi ,İran şovinizminin millətimizə qarşı ,Türk dilini yox etmək üçün yalnız bir neçə nümunesi sayılır .Ancaq müasir dünyada və sivil insan aləmində ana dilini öyrənmək və ana dilində eytim almaq, hər bir öyrəncinin ən açıq və zorunlu ,haqqı və hüququdur.   Ana dilinin bəyannaməsi,Ümumdünya İnsan Haqları hüququ,beynəlxalq bəyannamələr və konvensiyalar bunu təsdiqləyirlər.

bu il Oxulların yenidən açılması, ərəfəsində Güney Azərbaycan Milli Hərəkatının onlarla tanınmış fəalının, Ana dilində eytim üçün göstərdikləri sivil mübarizəyə qarşı ,İran rejiminin cavabı həbsxanalar ,işgəncələr məruz qalmaları olmuşdur !

Vətən işğal və zalımlıq boyunduruğundadır ,hökmdarlar çox yaxşı bilməlidir  ki, Azərbaycan Türk milləti, öz varislərinin mədəni və milli hüquqlarının tam şəkildə həyata keçirilməsi uğrunda mübarəyə davam edəcək və Türk dilinin İranda tanınmasına qədər təslim olmayacaq .

ana dilində eytim almaq hüququ, Öz müqəddəratını bəlirləmə  hüququnun əldə edilməsinə dək ,zəfərin tam həyata keçirilməsinə dək davam edəcək.

Biz, Güney Azərbaycan təşkilatları və partiyaları,

iran kəşfiyyat agentlərinin türk siyasi fəallarını yersiz və əsassız həbs etmələrini şiddətlə qınayırıq və onların qeyd -şərtsiz azad edilməsini tələb edirik bildiririk ,Azərbaycanlı fəalların sağlamlığı və təhlükəsizliklərinə ,rejim sorunludur və məsuliyyət daşıyır

Yaşasın Azərbaycan

Əlifba üzərə yazilan partiyalar

1- Azadlıq Cəbhəsi (GAMAC)

2- Azərbaycan Mərkəz Partiyası (AMP)

3-Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)

4- Azərbaycan  Öyənci  Hərəkatı (AZOH)

5- Güney Azərbaycan  Demokrat Partiyası (GADP)

6- Güney Azərbaycan  İstiqlal Partiyası(GAİP)

7- Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)

8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

9-Güney Azərbaycan Demokratik Türk  Birliyi(GADTB)

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …