Paraqvay SEPAH-ı terror təşkilatı kimi tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,

Paraqvay prezidenti Santiaqo Pena Həmas və Hizbullahın bütün qollarını, eləcə də SEPAH-ın terror təşkilarları siyahısına salındığını açıqlayıb.

Məlumata görə, Paraqvay prezidenti beynəlxalq sülh, insan haqları və təhlükəsizliyi sistematik şəkildə pozması səbəbindən SEPAH-ın da terror təşkilatı elan edilməsi qərarına gəlib.

Bu qərara əsasən, Paraqvay Respublikası Livan Hizbullahı və Həmas ilə birlikdə İslam İnqilabı Keşikçiləri Korpusunu da terror təşkilatları siyahısına daxil edib.

ABŞ Dövlət Departamenti bəyanat yayaraq, Vaşinqtonun və Təl-Əvivin Paraqvay prezidentinin SEPAH-ı terror təşkilatı elan etməsi qərarını alqışladığını açıqlayıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “MGTV”-də “Erdoğan‘ın Emir Timur ve Şah İsmail çıkışı, Azerbaycan’da nasıl karşılandı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Urmiya-90 komandası 1-ci qrup liqaya yüksəldi; Yəzddə farslar Azərbaycana qarşı irqçı şüarlar səsləndirdi

GADTB: Mayın 21-də Urmiya-90 komandası Yəzddə keçirilən oyundan sonra 1-ci qrup liqaya yüksəlib. Yəzd şəhərində …