Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Pentaqon rus ordusunun tələfatını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pentaqon hesab edir ki, Ukraynadakı müharibədə ölən rus əsgərinin sayının çox olması onlarda döyüşləri davam etdirmək iradəsini darmadağın edə bilər.

Bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

“Amerika kəşfiyyatının hesablamasına əsasən, müharibədə 7000 rus əsgəri ölüb. Bu, İraq və Əfqanıstandakı müharibələr zamanı 20 il ərzində öldürülən Amerika əsgərlərinin ümumi sayından çoxdur. Lakin mənbələr ölənlərlə bağlı məlumatların qeyri-dəqiq ola biləcəyini deyirlər. Ümumilikdə, Rusiyadan müharibədə 150 ​​mindən çox hərbçi iştirak edir”, – nəşr bildirib.

Qeyd olunur ki, rus ordusu çaşqınlıq içərisində olduğundan onlar Ukrayna şəhərlərinə, evlərə, xəstəxanalara və məktəblərə daha çox hücumlar edir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …