Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Urmiya gölünün suyunun həcmi bir ildə 2 milyard 100 milyon kubmetr azalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan Regional Su Şirkətinin sədri Yusif Qafarzadə Urmiya gölünün həcminin hazırda təqribən 2 milyard 980 milyon kubmetr olduğunu bildirib.

Qafarzadə deyib ki, göldə suyun həcmi keçən illə müqayisədə 2 milyard 100 milyon kubmetr azdır.

O həmçinin deyib ki, hazırda göldə su səviyyəsi 1270.73 santimetrdir, bu isə öncəki ilin oxşar dövrünə nisbətdə 64 santimetr azalıb.

Qafarzadə Urmiya gölünün ekoloji səviyyəsini 1274 metr 10 santimetr elan edib və bildirib ki, göldə su səviyyəsi 1995-ci ildə qeydə alınan ən yüksək səviyyə ilə müqayisədə 7,7 metrdən çox azalıb.

Qeyd edək ki, keçmiş İran prezidenti Həsən Ruhani hakimiyyəti gölün bərpasına söz versə də sözünü tutmadı. İndiki İran prezidenti Rəisi isə qurutduqları gölün bərpasına qətiyyən fikir vermir.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …