Peyman İbrahimi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti buraxıldıqdan sonra xəstəxanaya köçürüldü

GADTB: Azərbaycanlı mədəni fəal Peyman İbrahimi 500 milyon tümən girov müqabilində şənbə günü Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib.

Yayımlanan xəbərlərə görə, fiziki vəziyyətinin pisləşməsi və danışa bilməməsi səbəbindən ailəsi onu azad edildikdən dərhal sonra xəstəxanaya köçürüb.

İlkin tibbi müayinələrə görə, cənab İbrahiminin xəstəxanaya köçürülərkən ürək döyüntüsünün 45 olduğu bildirilir. Sentyabrın 10-da həbs olunduqdan sonra o, ailəsi ilə cəmi bir neçə saniyə telefon danışığı apara bilib və bundan sonra ailəsi onun durumundan tamamilə xəbərsiz olub.

Qeyd edək ki, həbs olunduğu gün Təbrizdə İstintaq İdarəsinin 15-ci şöbəsinin əməkdaşları P.İbrahiminin məhkəməsinin çərşənbə günü, oktyabrın 25-də keçiriləcəyi barədə ailəsinə məlumat vermişdilər.Amma ailə yuxarıda adı çəkilən şöbəyə getdikdə onun dindirilməyə göndərilmədiyi məlum olub ki, bu da ailənin narahatlığını artırıb.

İndi isə zaminə buraxılmasına baxmayaraq, Peyman İbrahiminin fiziki vəziyyətinin narahatlıq doğurduğu bildirilir, ailəsi hələ də onun saxlanma şəraiti və səhhəti ilə bağlı aydınlıq gözləyir.

Həmçinin yoxlayın

Ağ Ev Trampın sərt mesajını paylaşaraq xəbərdarlıq edib: “Heç bir güzəşt olmayacaq”

GADTB: Ağ Ev “X” sosial şəbəkəsində yaydığı yeni paylaşımda ABŞ prezidentinin qərarvermə otağında çəkilmiş Donald …

Molla rejimi Qərbi Azərbaycan əyalətində 129 şəxsin əmlakını müsadirə edib

GADTB: İrqçi fars-molla rejim Qərbi Azərbaycan vilayətində 129 şəxsin əmlakını müsadirə edib. Rejimin bu vilayətdəki …