Şənbə , Oktyabr 24 2026
azfa

Piter Teys: İran Ermənistanın ekoloji terroruna susur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvan bütün Cənubi Qafqaz regionunun ekosisteminə və ətraf mühitinə bərpası mümkün olmayan ziyan vurur.

Bunu amerikalı ekspert Piter Teys “Trend”ə açıqlamasında bildirib.

“İran susur və Azərbaycanın, o cümlədən regionun kənd təsərrüfatı məhsulları üçün mühüm şirin su mənbəyi olan Cənubi Qafqaz ərazisindən axan transsərhəd çayların daha da çirklənməsinin qarşısını almaq üçün Ermənistan hökumətinə təzyiq göstərməkdən çəkinir. İran təzyiq göstərməli və Ermənistanın Araz çayına təhlükəli kimyəvi tullantılar atmaqla regionun su ehtiyatlarını və kənd təsərrüfatı torpaqlarını ciddi şəkildə çirkləndirdiyini təsdiqləmək üçün təcili olaraq torpaq və su tədqiqatları aparmalıdır”, – Teys bildirib.

Teysin sözlərinə görə, Ermənistanın törətdiyi ekoloji cinayətlər beynəlxalq ictimaiyyətə təqdim edilməli və müvafiq Avropa məhkəmələrində pislənməlidir:

“Ermənistan bütün regionun ekologiyası üçün təhlükə yaradır. İrəvan uzun illərdir ki, ətraf mühitin çirklənməsini həyata keçirir. Ermənistanın ekoloji terroru nəticəsində regionda əhalinin sağlamlıq problemləri getdikcə daha aydın görünür. İran tez hərəkətə keçməlidir, çünki onun kənd icmaları illərdir davam edən kimyəvi tullantılardan məhv olacaq”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …