Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı fəal Əkbər Nəimi yenidən mühakimə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ali Məhkəməsi Evin zindanının 3-cü zalının 4-cü bölməsində həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin 8 illik həbs cəzası ləğv edib.

İranın Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin məhkəmə işinə baxıb.

Məhkəmə azərbaycanlı fəala qarşı “Qanunsuz təşkilata üzv olmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan qərarı ləğv edib.

Ali məhkəmə azərbaycanlı fəal barədə qeyd olunan ittihamlarla açılan cinayət işinə yenidən baxılması üçün onun dosyesini Tehranın Apellyasiya Məhkəməsinə göndərib.  

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum edib. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdədir.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulub.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …