PKK-çılar qorxudan əsir düşdüklərini etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun Suriyada PKK/YPG qruplaşmasına qarşı apardığı “Sülh çeşməsi” əməliyyatından qorxuya düşən bəzi terrorçular təslim olublar.

Təslim olan terrorçulardan biri ifadəsində PKK-ya məcburi şəkildə qoşulduğunu deyib.

“PKK-çılar atamla mənim önümü kəsərək, onlara qoşulmağımı tələb etdilər. Əks halda atamı öldürəcəkləri ilə hədələdilər. Daha sonra məni Ras əl-Ayna aparıb, silah-sursat verdilər.

Türk əsgərləri sərhədi keçəndə təslim oldum. Türklər bizə çox yaxşı münasibət göstərdilər, yemək verdilər. PKK donuzlarının yanında döyüşən gənclərə səslənirəm: gəlin, türk əsgərinə təslim olun”, – o bildirib.

Qeyd edək ki, artıq 24 PKK-çı Türkiyəyə təslim olub.

Həmçinin yoxlayın

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv …

Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir

GADTB: Son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlanır. …

Bir cavab yazın