GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompe 19-23 mart tarixlərində Küveyt, İsrail və Livana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentindən informasiya yayılıb.
Pompeo səfər çərçivəsində İsraildə həmçinin Yunanıstan və Cənubi Kiprdən olan rəsmilərlə də görüşəcək. Görüşlərin əsas gündəmini enerji və ikitərəfli münasibətlərlə yanaşı, İran məsələsi təşkil edəcək.