Cümə axşamı , Oktyabr 15 2026
azfa

Qərb supergücləri İsrailə tam dəstək verdi

GADTB: Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransa liderləri birgə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək, HƏMAS-ın hərəkətlərini pisləyib və İsrailə tam dəstək ifadə ediblər. Bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Liderlər birlikdə ən təcili siyasi təşəbbüsləri müzakirə ediblər. Xüsusilə, girovların həyatının qorunmasının mütləq prioritet olduğu, diplomatik səylərin bunun üzərində cəmlənəcəyi qeyd edilib”, – məlumatda bildirilib.

Tərəflər İsrailin özünümüdafiə hüququnu təsdiqləyərək, böhranın regional miqyasda yayılmasının qarşısını almaq və münaqişədən zərər çəkmiş mülki əhalinin müdafiəsini təmin etmək üçün çalışmağın vacibliyini vurğulayıb.

Artıq ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb. Bu barədə Ağ Evin məlumatında deyilir.

Bildirilib ki, yaxın günlərdə əlavə vəsaitin ayrılması da elan ediləcək.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …