GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə Şəhid Qazi Əczaçılıq Şirkətinin işçilərinin yoxsul həyat şəraitinə və maaşların aşağı olmasına etiraz olaraq tətilə çıxan etirazçı heyəti molla rejimin Şərqi Azərbaycanın Bostanabad (Ocan) şəhərində yerləşən rejimin ETTELAAT İdarəsinə çağırılıblar.
Həmçinin fevralın 16-da Qəzvinin “Reyhan tak” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən əhali əyalət valiliyi qarşısında aksiya keçiriblər.
Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda əhalinin pulunu alsa da, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.
Qeyd edək ki, son 1 il ərzində bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.