Qafqaz albanlarının dili türk dilidir!!!

GADTB: Nəhayət endik gəldik mingəçevirdən tapılmış məşhur alban yazısına

Hörmətli Bəxtiyar Tuncay və Kamil Əliyevin səyləri sayəsində udin və erməni dillərində yozulmaq istənilən və bir nəticə verməyən alban bitilərinin (daş qazılarının) Türkün runisi köməyi ilə açılması, tarixi kəşfdir. Bu təcrübə göstərir ki, təqdiqatçılarımız tamamilə düz yoldadırlar.

Çoxunun hələ dərsliklərdən tanıdığı aşağıdakı şəkil***

Mingəçevirdəki qazıntılar zamanı (1949) aşkar edilmiş və u dövrdən indiyə kimi susqun qalmışdır. Nəhayət, Bəxtiyar müəllimin cəsarətli nüfuzu ilə onu türkcə belə dilləndirmək mümkün olmuşdur:

“YAYIRUK AK OY BAR TAS BILIKIN (yazıruk)”.

Bəxtiyar müəllimin tərcüməsində:

Daş üzərində palçıqla müqəddəs məktubu yayırıq (yazırıq)

***

Üzürlər, açılış bir az şübhəlidir. Hardandır burada “palçıq, məktub, müqəddəs” sözləri, anlanılmır.

Sonda verilmiş “YAZIRUQ” sətrin məqsədinə, kontekstinə daha  qayildir.

Mixi yazılardan tərcüməçi kimi deyim ki, ТAS gil yazılarda da rast gəlinir, amma azacıq düzəliş tələb edir. Orda deyilir:

“TAS *ALLAH[du], ONA, MAHƏR MƏRDUK[du] BATIRU TİKAN” !..

 – Mətndə söhbət epeyi (virtuoz) Ud çalan çalğıçıdan gedir və onun barəsindədir bu cümlə – Tas yoxdur, amma Tasa var və – qayığkeş deməkdir. Mah/ər – İşıq əri, İşıq allahı, İşiqsaçan.

Cümlə:

İşıq allahı Mərdukdur ona – çalğıçıya batırır tikan –

yəni ona ilham verir – kimi anlanılır.

Mərduk ulularımızda Şimşək, İldırım və Vulkan allahı sayılırdı.

____________________________

* Və bir də istərdim hamı yazıdakı “ALLAH” sözünə diqqət yetirsin.

6 min ilin TÜRK mətnində ALLAH kəlməsinə olduğu kimi rast gəlirik. Ərəbə 5 min il yaş erir ədəbiyyat. İndi qərarı özünüz verin.

____________________________

Amma alban bitisindəki Tas – daha çox TAŞ-Daş ola bilər və bu, daha məntiqli görünür; BILIK isə güman ki, BİTİK`dir – daşa yazı qazımaq; BAR – türkcə çoxmənalıdır, ancaq onun ağır, gərgin, çətin anlamları da var, burda işləyir; Oy – oyma ola bilər – daşa oyulmuş yazıya işarə kimi; Ak – burda yazının yaşına, sinninə işarəyə daha çox oxşayr və “əski, qoca, qədim” kimi yozula bilir.

Beləliklə, sətir belə açılsa daha gerçək görünür zənnimcə:

YAZIRUK AK (ƏSKİ) BAR (ÇƏTİN, GƏRGİN) OY[ULAN] DAŞ BİTİYİN … [ONA GÖRƏ Kİ…]

Выгравируем [эту] древнюю каменную надпись [методом] [тяжелого] вдалбливания [для того чтобы / или / с целью …]

Və sonra nədənsə söhbət gedir.

________________________

*** Birinci şəkli mən hələ 6-da oxuyanda “Qədim dünya tarixi” adlı  dərslik kitabında görmüşdüm deyəsən. O zamannan hər görəndə özgə, yad mədəniyyətinin artefaktı kimi lal sükutla müşahidə edib üstündən keçdiyim obyekt, sən demə, Ulu Qıpçağın qazıdığı möcüzəymiş. Bilməmişik. Bu gün öz sirrlərini Bəxtiyar Tuncay zəkası ilə işığa çıxarıb, ilk gördüyümdən 66 il ! sonra o mənimlə də öz dilimzdə danışır.

***

EY GİDİ DÜNYA! EY GİDİ, SİRRLİ TÜRK!

SƏN NƏ YAMANSAN, A TÜRK!

***

Aşağıdakı cəsarətli deşifrə də sayğılı Bəxtiyar Tuncaya məxsusdur.

Tariyel Azərtürk,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Təbriz zindanında sağlıq durumu pisləşən Kərim İsmayılzadəyə dərmanları verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …