Bazar , Oktyabr 18 2026
azfa

Qarabağ müharibəsindən sonra Ermənistanı dəstəkləyən İranın bu ölkəyə ixracı 56% artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, II Qarabağ müharibəsi və Ermənistanın məğlub olmasından sonra İranın Ermənistana yardımı və ixracatı kəskin artıb.

Ermənistanı dəstəkləyən İranın, dəstək məqsədilə Ermənistana ixracatı 56 faiz artıb. Belə ki, təkcə 2021-ci ilin ilk dörd ayında İranın işğalçı Ermənistana ixracı 56% artıb.

İranın “Borna.news” saytının yaydığı məlumata görə, Tehran Ticarət İnkişaf Agentliyinin sədr əvəzi bununla bağlı deyib: “Bu ilin ilk dörd ayında İranın Ermənistana ixracı 114 milyon dollar dəyərində olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56% artım göstərir”.

Onun dediyinə görə İran Ermənistanla ticarət həcmini 1 milyard dollara çatdırmaq niyyətindədir.

Tehranla İrəvan arasında ticarət həcminin böyük hissəsi enerji sektorunu əhatə edir. İran hökuməti Ermənistanın ən əsas benzin və yanacaq tədarükçüsü sayılır.

Qeyd edək ki, II Qarabağ müharibəsinin başlaması ilə İran hərtərəfli Ermənistana yardım etməyə başladı. Hərbi-texniki yardımlardan başqa İran erməni tanklarına və zirehli maşınlarına benzin tədarükünü də artırmışdı. İndi də İran rejimi qanunsuz olaraq Azərbaycanın Qarabağ bölgəsində ermənilərə yardım etməyə davam edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …