Cümə axşamı , Yanvar 21 2021
azfa

Qarabağın erməni işğalından azad edilməsinə görə qurban kəsənləri İran rejimi həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məscidləri tövləyə çevirən erməniləri himayə edən antiislam və ermənipərəst Xamenei rejimi Şuşanın və  Qarabağın erməni işğalından azad edilməsinə görə qurban kəsən azərbaycanlıları Sarabda həbs edib.

İran rejiminin təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Sərab şəhərində Qarabağın azad olunması münasibətilə qurban kəsdiklərinə görə Firuz Əqili, Babək Delxuni və digər azərbaycanlı fəalları həbs edib.

Qeyd edək ki, dünən bir qrup Sərab sakini olan azərbaycanlı milli fəal əllərində Güney Azərbaycanın Traxtur futbol komandasının bayrağını tutaraq, “Qarabağ elə bil anamdır mənim” şüarları səsləndirərək, Azərbaycanın Qarabağı erməni işğalından azad etməsi münasibətilə qurban kəsmişdilər.

Qarabağın erməni xristianlarının işğalından azad edilməsini həzm edə bilməyən antiislam Xamenei rejimi Şuşanın və Qarabağın azad edilməsinə sevinən azərbaycanlıları həbs edir.

Həmçinin yoxlayın

3 nəfər azərbaycanlı fəala bəraət verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rəşt şəhərin 12-ci İnqilab Məhkəməsi günahsız yerə yaxalanan …

Azərbaycanla Türkmənistan arasında 30 illik mübahisəyə son qoydular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad …

Bir cavab yazın