Şənbə , Oktyabr 24 2026
azfa

Qardan bağlanan Xalxala dövlət qurumları yardıma gəlmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim qarın gəliş-gedişi qeyri-mümkün etdiyi Güney Azərbaycanın Xalxal bölgəsini tamamilə diqqətdən kənarda saxlayıb.

Bölgə əhalisi olduqca kritik vəziyyətdə olsa da rejim nə yolları açır, nə də əhaliyə yardım göstərir.

Ərzaq, çörək və s. zəruri mallardan əziyyət çəkən əhalinin yaşadığı kəndlərə canavarlar hücum çəkir.

Məlumata görə Xalxal bölgəsinin əksər kəndlərinin yolu 5 gündən artıqdır bağlıdır. Ağır qar nəticəsində bir çox kəndlərin işıq və telefon xətləri də kəsilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın