Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Qasım Süleymaninin yerinə təyin edilmiş İsmayıl Qaanini İsrail öldürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin açıqlama verməməsinə baxmayaraq Qasım Süleymaninin yerinə təyin edilmiş İsmayıl Qaaninin İsrail tərəfindən öldürüldüyü bildirilir.

 “Nyu York Tayms” yazıb ki, İranın rəsmi şəxsləri bu suala hələ də dəqiq cavab verməyiblər.

 “İctimaiyyət generalımızın sağ-salamat olması xəbərini gözləyir”, – “Tabnak” nəşri yazıb.

 “Tabnak” saytı isə yazıb ki, SEPAH-ın Qüds qanadının komandiri İsmail Qaaninin səhhəti ilə bağlı mediada şayiələr yayılsa da, rəsmi qurumlar hələ də bu məsələyə münasibət bildirməyib, ancaq generalın yaxınlarından biri sosial şəbəkələrdə onun sağ-salamat olduğunu yazıb.

Qeyd olunub ki, SEPAH komandirinin durumu ilə bağlı heç bir məlumatın olmaması şayiələrin yayılmasına səbəb olub.

Sitat: “Bir neçə gün öncə İsrail Livana ağır hücumlar edib. Hücumlarda məqsəd Hizbullahın yeni lideri Məhəmməd Haşim Səfiuddini öldürülmək olub. Bundan sonra, İsrail mediası və ərəb kanalları hücumlarda SEPAH-ın Qüds qanadanın komandanı İsmail Qaaninin yaralandığını açıqlayıb. Digər tərəfdən, Qaaninin Tehranda ali rəhbərin iştirakı ilə keçirilən cümə namazında olmaması diqqət çəkib”.

Qeyd olunub ki, İsmayıl Qaani yalnız Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən iki gün sonra Hizbullah hərəkatının Tehrandakı ofisində olub.

Həmçinin yoxlayın

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk …

Avropa İttifaqı İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq …