Çərşənbə axşamı , May 17 2022
azfa

Qaşqay türklərini öz yurdlarından köçürmək istəyən İran muzdluları qaşqay qadını döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərini öz doğma yurdlarında köçürüb onların ərazilərini mənimsəmək istətən İran rejiminin məmurları Kohkuluye və Boyerəhməd vilayətinin Heliqan bölgəsində qaşqay türklərinə qarşı zülmü ictimailəşdirən qaşqay qadını döyüblər.

İranın irqçi rejiminin muzdluları qaşqay türklərini öz yurd-yuvalarından köçürmək məqsədilə həm qaşqay xanım və həm də ümumi8yyətlə bütün qaşqay türklərini hədələyir və onların qoyun sürüsü və yaşayış yerlərinə xəsarət yetirirlər.

İran rejiminin muzdluları son dəfə Qoç Koroğlu bölgəsində yerləşən Heliqanda bir qaşqay xanımı döyərək ona göz və üz nahiyəsindən ciddi xəsarət yetiriblər.

Heliqanda yaşayan qaşqaylar bildirirlər ki, hücum edən şəxslər tez-tez Heliqan əhalisinə hücum çəkərək qadın, uşaq, yaşlı demədən bütün heliqanlıları döyürlər. Qadınların başlarındakı çadralarını cırır və qışın ortasında insanları öz ata-baba yurdlarından köçməyə məcbur edirlər.

Qaşqaylar bildirirlər ki, onlar Qoç Koroğlu (farslar dəyişərək adını Gəçsaran qoyub) şəhərindəki məsullara və icra nümayəndələrinə müraciət etsələr də, onlar qəsdən qaşqayların müraciətlərinə baxmırlar.

Qeyd edək ki, İran rejimi hələ Pəhləvi dönəmindən qaşqay türklərini məhv etmək məqsədilə Qaşqayyurt vilayətini parçalayaraq bir neçə vilayətə ilhaq etmişdir.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …