Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Qaşqay türklərinin məşhur sənətçisi Pərvin Bəhməni vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin tanınmış sənətçisi Pərvin Bəhməni dünyasını dəyişib.

Pərvin Bəhməninin oktyabrın 21-də 72 yaşında ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qaşqay türklərinin ən tanınmış səs sənətçilərindən olan Pərvin Bəhməni xüsusilə son 30 ildə qaşqay mədəniyyəti, sənətçilərinin yetişdirilməsi və tanıdılmasında misilsiz xidmətləri olub.

Sənətçi İranın Mədəniyyət Nazirliyi tərəfindən birinci dərəcəli incəsənət nişanı ilə təltif edilmişdir.

Pərvin Bəhməni həmçinin 16 il müəllim və pedaqoq kimi fəaliyyət göstərib, eyni zamanda İranın 6 ən yaxşı qadın musiqiçisindən biri kimi tanınıb.

Bununla yanaşı o, Atatürk Universitetindən fəxri diplom alıb və dünya türklərinin mədəniyyət sahəsində seçilmiş xanımı adına layiq görülüb. Daha çox türkcə laylalar sahəsində araşdırmaları və ifalarına görə  “Ana laylalarının yaradıcısı” kimi tanınan Pərvin Bəhməni iki il İtaliyada çalışıb. O həmçinin bir sıra ölkələrdə, o cümlədən Rusiyanın paytaxtı Moskvada konsert verib və Moskva Universiteti tərəfindən fəxri doktorluq diplomu alıb.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …