Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Qaşqay türkləri milli geyimlərin başqa etnosun adına qeydiyyata alınmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri milli geyimlərin irqçi fars-molla rejimi tərəfindən başqa etnosun adına qeydiyyata alınmasına etiraz olaraq aksiya keçirdilər.

Onlar dünən Fars əyalətinin mərkəzi Şiraz şəhərində etiraz aksiyası keçiriblər.

Etiraza İran hökumətinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lor xalqı adına qeydiyyata alması olub.

Öz milli geyimlərində aksiyaya qoşulan qaşqaylar “qaşqayının libası, qaşqayının olası” şüarları səsləndiriblər.

Onlar milli geyimlərinin başqa xalqın adına qeydiyyata alınasını hökumətin İranda türklərə qarşı ögey siyasətinin daha bir nümunəsi adlandırıblar.

Qeyd edək ki, Qaşqay türklərinin ərazisi olan Qaşqayyurd molla rejimi tərəfindən bir neçə əyalətə ilhaq edilib. Sayları 3 milyondan çox olan qaşqaylar molla rejimin hər tərəfli zülmü altında assimilyasiyaya uğradılırlar. Bu istiqamətdə onların mədəniyyəti də özgələrin adına yazılır.

video:

https://t.me/GADTB1/38667

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …