Cümə , Oktyabr 18 2024
azfa

Qazaxıstan Rusiyadan tam imtina edir: Azərbaycandan neft ixrac ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan ixrac potensialını artırmaq üçün 10 gəmidən ibarət özünün bərə donanmasını, həmçinin Xəzər dənizində yeni liman qurmağı planlaşdırır.

Bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi yanında Nəqliyyat Komitəsinin sədri vəzifəsinin müvəqqəti icraçısı Qasım Tlepov deyib.

Onun sözlərinə görə, mövcud iqtisadi şəraitdə ölkə təcili olaraq tranzit imkanlarını artırmalı, həmçinin ticarət infrastrukturunu yaxşılaşdırmalıdır.

O qeyd edib ki, Nur-Sultanın cəmi dörd quru yük gəmisi var və Azərbaycan regionda yükdaşıma sahəsində liderdir:

“Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz nəqliyyatı imkanlarından tam istifadə etməyib. İndi başqa zamandır”, – Tlepov izah edib.

O, həmçinin əlavə edib ki, Aktauda yeni yük terminalı tikiləcək. Tikintidə beynəlxalq şirkətlər, xüsusilə konteyner operatorları “Maersk”, MSC və “COSCO Shipping” iştirak edəcək.

“Bu gün biz konteyner qıtlığını yaşayırıq”, – deyə Tlepov bildirib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev artıq neft və qazın Rusiyadan yan keçməklə, Azərbaycandan keçməklə dünya bazarına çıxarılması barədə tapşırıq verib.

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …