Çərşənbə axşamı , İyul 2 2024
azfa

Qırğızıstanla imzalanmış sənədlər ratifikasiya edildi

GADTB: Azərbaycan Milli Məclisi türk ölkələri- Azərbaycanla Qırğızıstan arasında imzalanmış daha iki sənədi ratifikasiya edib.

Parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Daha sonra “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının Şuşa sammitinin proqramı açıqlanıb

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb. İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk …

İranın Ermənistandakı səfiri: Yeni prezidentin seçilməsi ilə İran İslam Respublikasının siyasətlərində heç bir dəyişiklik olmayacaq

GADTB: İranın Ermənistandakı səfiri ki, yeni prezidentin seçilməsi ilə İran İslam Respublikasının siyasətlərində heç bir …