Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Qrossi İranın uran ehtiyatlarını saxladığı obyektləri açıqladı

GADTB: İranın zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsi Natanz, Fordo və İsfahanda saxlanılır.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.

“İran zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsini Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin girişinə icazə verilməyən məlum nüvə obyektlərində saxlayır. İranın uranın zənginləşdirilməsi səviyyəsi artırılsa bu, bir neçə nüvə silahı yaratmaq üçün kifayət edəcək. İran hökumətinin nüvə silahı əldə etmə ehtimalı ilə bağlı narahatlıqlar tamamilə həll olunmayıb”, – Qrossi qeyd edib.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …