Urmiyədə iki azərbaycanlı fəalın terror qruplarını tənqid etdiklərinə görə həbs edilib

GADTB: Urmiya şəhərində yaşayan iki türk fəal — Abbas Əlilu və Bəhram Əlilu 18 oktyabrda İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən iş yerlərində saxlanılıblar.
Bu iki azərbaycanlı fəalın həbsi, “Ronahi” və “Hur Spor” komandaları arasında keçirilən futbol oyunu zamanı kürd terrorçu və ekspansionist hərəkatlarının tərəfdarları tərəfindən səsləndirilən antitürk şüarlarına onların göstərdiyi etiraz və tənqidi münasibətdən sonra baş verib.
Yerli mənbələrin bildirdiyinə görə, son günlərdə Qərbi Azərbaycan şəhərlərində terrorçu qruplara bağlı şəxslərin açıq şəkildə fəaliyyətinə etiraz edən paylaşımlarına görə azı on azərbaycanlı fəal molla rejimin ETTELAAT orqanları tərəfindən saxlanılıb.
Azərbaycanlı  fəallara yaxın mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələri telefon zəngləri vasitəsilə bir sıra Azərbaycan milli hərəkatı fəallarını təhdid edərək, bu mövzu ilə bağlı paylaşımları davam etdirdikləri halda həbs olunacaqlarını bildiriblər.
Halbuki, Qərbi Azərbaycanda fəaliyyət göstərən terrorçu qruplara bağlı təşkilatlar bölgə şəhərlərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Kəşfiyyat Nazirliyinin dəstəyi ilə sərbəst şəkildə fəaliyyət göstərirlər; amma bu vəziyyəti tənqid edən türk fəallar isə təzyiq, çağırış və həbslərlə üzləşirlər.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …