Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Qrossidən İrana xəbərdarlıq: Bu addım atom anlaşmasına ölümcül zərbə vuracaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi İranın nüvə təsisatlarında müşahidə kameralarının fəaliyyətinə son vermək istəyinə reaksiya verib.

O bildirib ki, İran bu barədə IAEA-nın Qəyyumlar Şurasına məlumat verərək agentliyə məxsus 27 müşahidə kamerasını öz nüvə obyektlərindən çıxarmaq istədiyini bildirib.

Qrossi əlavə edib ki, İran agentliyin nəzarət imkanlarını kifayət qədər zəiflədib.

O, sonda vurğulayıb ki, əgər mövcud vəziyyət 4 həftə də davam edərsə, 2015-ci ildə əldə edilmiş atom razılaşmasına ölümcül zərbə dəyəcək.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …