Cümə axşamı , Sentyabr 17 2026
azfa

Qrossidən İranla bağlı mühüm açıqlama

GADTB: Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı diplomatik imkanların sürətlə daraldığını bildirib. O, bununla bağlı fikirlərini “Bloomberg” agentliyinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, ABŞ-nin Yaxın Şərqdə hərbi güclənməsi Tehranla razılığa gəlmək şansını azaldır.

Qrossi Cenevrədə İran diplomatları ilə keçirilən altı saatlıq danışıqları şərh edərkən deyib: “Vaxt az qalıb, ancaq biz konkret bir məsələyə fokuslanmışıq”. O, əlavə edib ki, danışıqlar zamanı İranın xarici işlər naziri ilə ötən il İsrail və ABŞ tərəfindən bombalanmış nüvə obyektlərinin yoxlanılması ilə bağlı planlar müzakirə olunub.

AEBA rəhbəri həmçinin vurğulayıb ki, müfəttişlərin İrandakı zədələnmiş obyektlərə baxış keçirməsi daha geniş razılaşmanın imzalanma ehtimalından asılıdır: “AEBA bunu təsdiqləyə bilməyincə, heç bir razılaşma mümkün deyil”.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Fransanın LCI telekanalına müsahibəsində bildirib ki, İranın zənginləşdirilmiş uranının böyük hissəsi hələ də eyni yerdə saxlanılır.

O, bu vəziyyəti ABŞ-İran nüvə danışıqlarında “əsas məqam” adlandırıb və razılığa gəlməyin bölgədə yeni hərbi əməliyyatların qarşısını almaq baxımından vacib olduğunu vurğulayıb.

Qrossi deyib ki, Tehran və Vaşinqton arasında Cenevrədə keçirilən dolayı danışıqlarda ilk dəfə real dialoq imkanları yaranıb. O, habelə, İranın ötən ilin iyun ayına qədər topladığı materialların böyük hissəsinin bombardman və hücumlara baxmayaraq qorunub saxlanıldığını qeyd edib.

“Materialların harada saxlanıldığını dəqiq bilirik və iyun hücumlarından sonra zərərin dəyərləndirilməsini aparmışıq. Uran hələ də yerindədir”, – deyə, Qrossi əlavə edib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …