Cümə axşamı , Sentyabr 17 2026
azfa

ABŞ ilə danışıqlardan sonra İranın hərbi hazırlığı sürətlənib

GADTB: Cenevrədə ABŞ və İran arasında keçirilən danışıqlardan sonra Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu İranın mümkün hərbi ssenarilərə hazırlığı ilə bağlı yeni peyk görüntüləri yayımlayıb.

Məlumata görə, Tehran bir neçə istiqamətdə paralel şəkildə hazırlıq tədbirləri görür:

•  Hörmüz boğazına əlavə qüvvələr yerləşdirilir – dəniz vasitələri və raket sistemləri artırılır;

•  “Mozaika müdafiəsi” sistemi bərpa olunur – hərbi komanda desentralizasiya (mərkəzsizləşdirmə) edilir ki, mərkəz vurulsa belə idarəetmə davam etsin;

•  Nüvə obyektləri möhkəmləndirilir – xüsusilə İsfahan və “Pickaxe Mountain” ətrafında müdafiə və yeraltı infrastrukturlar gücləndirilir;

•  Hava müdafiə sistemləri yenilənir – strateji obyektlər ətrafında qoruma artırılır. / Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …