Cümə axşamı , May 14 2026
azfa

Qurtarılmayan Urmiya gölü havanın çirklənməsinə səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Ruhullah Həzrətpur bu gün məclisdə Kənd Təsərrüfatı Cihadı naziri və Ətraf Mühiti Mühafizə Təşkilatının rəisinə xəbərdarlıq edərək bildirib ki, Kənd Təsəsrrüfatı Cihadının yanlış siyasəti nəticəsində Urmiya gölü bərpa olmadı, əksinə şəhərləri çirklənməyə məruz qoydu.

Həzrətpur həmçinin məclisdə təkid etdi ki, havanın çirklənməsi və Urmiya gölünün quruması təcili həll edilməsə ölkədə iqtisadiyyat və həmrəylik zərər görəcək. O H.Ruhaniyə xitab edərək deyib ki, gənclərə yanlız seçkilərdə önəm vermək lazım deyil, bu gün xalq iqtisadi vəziyyətdən narazıdır.

Qeyd edək ki, İran rejimi Urmiya gölünü qəsdən qurutmaqla Azərbaycanı xarabaya çevirmək istəyir. Bundan məqsəd isə Azərbaycan türklərinin fars bölgələrinə köçməsi farslaşmasır.

Həmçinin yoxlayın

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …

Bir cavab yazın