Cümə axşamı , Sentyabr 12 2024
azfa

Qürvənin azərbaycanlı türkləri Sarı Güney Qızıl Mədəninin rejim tərəfindən talanmasına etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata gör, İran adlanan ölkə tərəfindən Kürdüstan vilayətinə verilən Güney Azərbaycanın Qürvə məntəqəsində Baharlı kəndinin sakinləri buradakı Sarı Güney Qızıl Mədəninin İran tərəfindən talanmasına etiraz ediblər.

Azərbaycanlı əhali dövlətin müstəmləkəçi siyasətinə etiraz edərək, mədəndən gələn mənfəətin 4 faizinin kəndə ayrılmasını, mədəndə işlər nəticəsində ətraf mühiti çirkləndirmə hallarının ortadan qaldırılmasını. sağlam su mənbəsi ilə kəndin təmin edilməsini tələb ediblər.

Qeyd edək ki, Sarı Güney kimi məşhur olan Qürvənin Daşkəsən qızıl mədəni bir neçə il bundan öncə Azərbaycanın tarixi ərazisi olan Həmədan vilayətinin Kövrəng məntəqəsindən qopardılaraq Kürdüstan vilayətinə birləşdirilib. Qürvə və Bicar məntəqələri də tarixi Azərbaycan əraziləridir və İran adlanan ölkə tərəfindən müxtəlif zamanlarda kürdüstan vilayətinə qatılıb.

etirazdan video:

 

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin tarixi Gülüstan bağını dağıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbriz şəhərinin mərkəzində yerləşən tarixi Gülüstan …

Türkiyə ABŞ-ın Güney Kiperlə “İkitərəfli Müdafiə Əməkdaşlığı – Yol Xəritəsi” sazişinə sərt reaksiya verdi

GADTB: Regional sabitliyə xələl gətirə biləcək siyasətlər yenidən nəzərdən keçirilməlidir. Türkiyə Ana Vətən və qarant …

Bir cavab yazın