Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycan-Türkiyə birliyini əks etdirən “Bir millət, iki dövlər” sərgisi açılıb

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Azərbaycanda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Bakıda “Bir millət, iki dövlər” karikatura sərgisinin açılışında iştirak edib.

Türk Mədəniyyət və Miras Vəqfi ilə Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi sərginin açılışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova, Türk Mədəniyyət və Miras vəqfinin sədri Günay Əfəndiyeva, bir sıra millət vəkilləri və çoxlu sayda dəvətlilər iştirak edib.

Açılış zamanı türk nazir Yalçıneri təbrik edərək onun sadəcə istedadlı deyil, eyni zamanda mədəni dəyərlərə həssas bir sənətkar olduğunu bildirib.

Yalçıner Almaniyada böyüməsinə baxmayaraq Azərbaycan və Türkiyənin ortaq dəyərlərinə maraq göstərdiyini ifadə edən Çavuşoğlu “Mədəniyyətimiz və dəyərlərimiz ortaqdır. Həqiqətən bir millət iki dövlətik. Dildə bəzi fərqliliklər var. Bu da bizim zənginliyimizdir. Vacib olan bütün zənginliklərimizi ortaya çıxarmaq və yaşada bilməkdir”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın