Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Quterreş COP29-la bağlı “Böyük İyirmilik” ölkələrinə çağırış edib: Bakıda uğur qazanmalıyıq

GADTB: Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasaq artan təbii fəlakətlər bütün ölkələrin iqtisadiyyatına zərər verəcək.

Bu barədə barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında qeyd olunub.

“Biz 1,5 dərəcə həddinə yaxınlaşmalıyıq və ölkələr qısa müddətdə emissiyaların azaldılmasını sürətləndirməlidirlər”, – Baş katib çağırış edib.

O təəssüflə bildirib ki, hazırda emissiyalar artmağa davam edir: “Buna görə qalıq yanacaqlardan bərpa olunan enerjiyə ədalətli keçidi sürətləndirməliyik. Qalıq yanacaq dövrünün sonu qaçılmazdır. Bunun çox gec olmaması və ədalətli olması üçün hər şeyi edək”.

Baş katib G20 ölkələrini ayıq-sayıq olmağa çağırıb: “Prezident Lulanın (Braziliya Prezidenti Lula da Silva) dediyi kimi, “Böyük iyirmilik” qlobal emissiyaların 80%-nə cavabdehdir. Ona görə də sizə ayıq-sayıq olmaq lazımdır. Keçən həftə iki üzvünüz — Braziliya və Britaniya emissiyaları azaltmaq üçün yeni tədbirlər elan edərək bizə yaxşı bir başlanğıc verdi”.

Quterreş vurğulayıb ki, Bakıda uğur qazanmalı, etimad yaratmalı və gələn il üçün iddialı milli iqlim planlarının hazırlanmasını stimullaşdırmaq lazımdır: “Bu məqsəd, müxtəlif səviyyələrdə maliyyə hədəfi, güzəştli şərtlərlə dövlət vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artmasından başlayaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməlidir. Mən çoxtərəfli İnkişaf Banklarının son bəyanatını alqışlayıram. Bu masaya toplaşan bütün ölkələri məsuliyyət hissi göstərməyə, COP29-un uğurunun təmini üçün kömək etməyə çağırıram”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …