GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejimin yaxaladığı azərbaycanlı milli-mədəni fəal Rəhman Qasimi 20 milyon tümənlik vəsiqə girov qoymaqla müvəqqəti zaminə buraxılıb.
Urmiya şəhərindən olan fəal dünən rejimin Təbriz şəhərində yerləşən zindanından zaminə buraxılıb. Hələlik fəalın yaxalanma səbəbi və nədə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Rəhman Qasimi dəfələrlə yaxalanaraq, mühakimə və işgəncələrə məruz qalıb.
Azərbaycanlı fəal son dəfə isə Babk Qalası Qurultayından qayıdarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.
Rəhman Qasimi tanınmış azərbaycanlı milli-mədəni fəal Ulduz Qasiminin qardaşıdır.