Çərşənbə axşamı , Oktyabr 3 2023
azfa

Rəisi 1980-ci illərdə məhbusların edamında birbaşa rol oynayıb

GADTB: Tehranın Evin həbsxanasının keçmiş rəisi  Hüseyn Murtuzai  Zəncani Prezident İbrahim Rəisini Xomeyni dövründə siyasi məhbusların edamında birbaşa rola malik olmaqda ittiham edib.

H. Zəncani bildirib ki, o zaman Tehran prokurorunun müavini olan İbrahim Rəisi ona Xomeynidən məhbusları edam etmək əmri aldıqlarını deyib.

Keçmiş ədliyyə rəsmisi 1980-ci illərdə siyasi məhbusların edamında İran Prezidentinin birbaşa iştirakı olduğuunu bildirib.

1980-ci illər edamları İranın o zamankı Ali Rəhbəri Xomeyninin İranda terror hücumları keçirən və İran-İraq müharibəsi zamanı (1980-1988) Səddam Hüseynlə ittifaqa girən “İran Xalq Mücahidləri Təşkilatı”na qarşı fitvası əsasında həyata keçirilib.

Edam olunanların əksəriyyəti “Xalq Mücahidləri Təşkilatı” ilə əlaqəli olsa da Fədaiyan Xalq Təşkilatı və Tude Partiyası kimi solçu və dünyəvi qruplarla, habelə Kumala və İran Kürd Demokratik Partiyası kimi bəzi kürd qrupları ilə əlaqəsi olan başqaları da edam olunanlar arasında olub.

Edam edilən məhbusların dəqiq sayı olmasa da “Amnesty International”ın məlumatına görə, İran hakimiyyəti 1988-ci ilin iyul-sentyabr ayları arasında təxminən 5000-ə yaxın məhbusu məhkəmə olmadan edam edib.

Ölkənin ən yüksək səviyyəli fiqurlarının, siyasi, xarici məhbuslarının saxlandığı və məhbuslara qarşı vəhşiliyi ilə məşhur olan Evin həbsxanasının keçmiş rəisi əlavə edib ki, o, edam edilmiş məhbusların yük maşınlarına atılaraq həbsxanadan götürüldüklərinin şahidi olub.

Murtazavi Kəşfiyyat nazirinin müavini tərəfindən ölümlə hədələndiyi üçün istefa verdiyini bildirib.

“Məhkumların edamında birbaşa rolum olmasa da, edamlara səssiz qaldığım üçün özümü günahkar hiss edirəm və tövbə etsəm də, təmizlənməyəcəyəm”, – deyə o bildirib.

Murtazavi daha sonra bildirib ki, bakirə olan qız məhbuslar edamdan əvvəl həbsxana işçiləri ilə zorla evləndirilib: “İslam Respublikası din xadimlərinin bakirə qızların edam ediləcəyi təqdirdə cənnətə gedəcəklərinə inandıqları üçün bakirə ölməmələri üçün onları məcburi nikah şəklində zorlayırdılar”.

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …