Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Rusiya ABŞ-la müharibədə İrana elektron kəşfiyyat məlumatları verməklə yardım edir

GADTB: ABŞ-nin NBC News telekanalı məsələ ilə tanış mənbələrə istinadən Rusiyanın İrana elektron və peyk kəşfiyyatı məlumatları təqdim etdiyini yazıb.

Məlumata görə, Moskvanın İrana verdiyi məlumatlar Tehranın ABŞ ilə davam edən hərbi qarşıdurma zamanı əməliyyat imkanlarını artırmağa xidmət edir.

NBC-nin məlumatına əsasən, Rusiya tərəfindən təqdim edilən peyk izləmə və siqnal kəşfiyyatı İranın ABŞ qüvvələrini hava hücumlarında daha dəqiq hədəfə almasına, hava hücumundan müdafiə sistemlərini gücləndirməsinə və ABŞ istehsalı olan bəzi silah sistemlərinin fəaliyyətini pozmasına kömək edir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …