Çərşənbə , İyul 24 2024
azfa

Rejim Ərdəbildə yaxaladığı Siyamək Mirzaini Tehran zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 28-də irqçi fars rejimin ETTELAAT qüvvələrinin Ərdəbildə yaşadığı binanın yanında yaxaladığı  azərbaycanlı yazıçı və fəal Siyamək Mirzai şərlənərək zindanda 1 il 10 gün məhkum edildiyi həbs cəzasını çəkmək üçün Tehran zindanına köçürülüb.

Azərbaycanlı fəal  dekabrın 29-da ailəsi ilə telefon əlaqəsi saxlayaraq bu haqda məlumat verib.

Qeyd edək ki, Siyamək Mirzai 2019-cu il iyulun 28-də 3 illik məhkumluq dövrünü başa vurduqdan bir ay sonra girov qarşılığında Evin həbsxanasından sərbəst buraxıldı. Siyamək Mirzai rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 3 il həbs müddətini çəkdikdən və Qain şəhərinə sürgün göndəriləndən sonra yenidən fəalı şərləyək, onu həbsdə olarkən sistem əleyhinə təbliğat aparmaqda ittiham etmişdir. Həmin ittihama görə isə fəal rejimin məhkəməsi tərəfindən 1 il 10 gün həbsə məhkum eedilmişdir.  Həmçinin fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulmuşdur.

Azərbaycanlı fəal 2020-ci il iyulun 13-də məhkumluq və sürgün dövrünü başa vuraraq Ərdəbilə qayıtmışdı.

Həmçinin yoxlayın

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir Qazaxıstan və Özbəkistan …

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın …

Bir cavab yazın