Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejim azərbaycanlı fəal Davud Şiriyə çıxardığı həbs qərarını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Apellyasiya Məhkəməsində azərbaycanlı milli- mədəni fəal Davud Şiriyə çıxardıqları 6 aylıq həbs qərarını təsdiqləyib.

Azərbaycanlı fəaı bu barədə özü “İnstagram” səhifəsində məlumat yayıb.

Davud Şiri avqustun 1-də yaydığı məlumatda isə 3 il həbsə məhkum edildiyini bildirmişdi. Bu qərar cari ilin sentyabr ayının 30-da rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1 saylı şöbəsində keçirilmiş məhkəmə prosesində 6 ay həbsə endirilərək təsdiqlənib.

Rejimin məhkəməsi həmçinin fəalın mobil telefon nömrəsinin ləğv edilməsi və telefon cihazının “cinayət aləti” olaraq dövlətin xeyrinə müsadirə edilməsinə də qərar verib.

Qeyd edək ki, Davud Şiri 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla digər fəalla birlikdə yaxalanmışdı. O, bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Cari ilin iyun ayının 24-də rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 1 saylı şöbəsi Davud Şiriyə qarşı GAMAC-a üzv olmaq və “Siyasi sistem əleyhinə təbliğat”da ittiham etmişdi. O, ilk ittihamdan bəraət alsa da, 2-ci ittiham üzrə 3 il həbsə məhkum edilmişdi və bu hökm yuxarıda sözügedən Apellyasiya Məhkəməsi tərəfindən 6 aya endirilib.

Azərbaycan türk millətinin hüquqları uğrunda çalışan 37 yaşlı Davud Şiri ailəlidir və bir övladı var.

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Bir cavab yazın