Şənbə , Sentyabr 26 2026
azfa

Rejim azərbaycanlı milli fəal Səccad Şəhirini maliyyə cinayəti bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini Sulduz şəhərində zindanın maliyyə cinayətləri bölməsinə köçürüb

Azərbaycanlı milli fəal ailəsi ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib. O, zindanın maliyyə bölməsinə köçürüldüyünü bildirib.

Qeyd edək ki, irqçi fars rejim  Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini aprelin 3-də həbs etmişdi.

Səccad Şəhiri “Sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı rejimin Sulduzdak; Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə yazılmışdı ki, cinayət prosessual məcəlləsinin A bəndinin 445-ci maddəsinə əsasən məhkumun apellyasiya şikayəti rədd edilib və çıxarılan qərar qüvvədə saxlanılmışdı.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən Sulduz şəhərində yaxalanaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Fəal daha sonra mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbrizdə mərkəzi zindana köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər zaminə buraxılımışdı.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …