Rejim Güney Azərbaycanda May Qiyamın ildönümü ərəfəsində azərbaycanlı fəallara təzyiqi artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim bir neçə gün öncədən Güney Azərbaycanda may ayında baş verən Milli Qiyamın 13-cü ildönümü ərəfəsində çoxsaylı azərbaycanlı milli-mədəni fəalı ETTELAAT orqanlarına çağırıb.

Güney Azərbaycanın müxtəlif bölgələrində təminən əlli nəfər fəalı ETTELAAT İdarəsinə çağırılaraq sorğu-suala tutub. Rejimin məmurları Milli Qiyamın ildönümündə fəallara xəbərdarlıq ediblər.

ETTELAAT İdarəsinə çağırılan fəallardan bəzisinin kimliyi mümkün olub. Rəsul Rəzəvi, Cavid Nəzmi, Şahin Bərzgər, Babək Hüseyni Müqəddəm, Əkbər Mühaciri, Hüseyn Məhəmmədiyan və Səccad Budaği təhlükəsizlik orqanlarına çağırılan fəallar arasındadır.

Həmin fəallardan 2 nəfəri isə ETTELAAT İdarəsinə müraciət etmədiyi üçün evdən çıxarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, sorğu-sualdan sonra sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın