Cümə , Sentyabr 20 2024
azfa

Rejim Tohid Əmirəminini yenidən həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 5 günlük məzuniyyətdən sonra yenidən Evin zindanına saldı.

Ana dili təbrikinə görə rejimin 5 il həbs cəzası verdiyi azərbaycanlı fəal cəzasının 22 ayını çəkdikdən sonra 5 günlük məzuniyyətə buraxılmışdı. Fəal  bir həftə öncə 350 milyon tümən girov müqabilində 5 günlük məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq kamerada işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürdü.

Azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü münasibətilə poster payladığı üçün Kyanuş Aslani ilə birlikdə yaxalanmışdır. Fəal indiyə qədər təkadamlıq kamerada işgəncə edilib.

Bir öncə isə Kyanuş Aslani Evin zindanına köçürülüb. Hazırda azərbaycanlı fəallar Tohid Əmirəmini, Kyanuş Aslani və Kazım Səfabəxş Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …

Bir cavab yazın