Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rejimin Güney Azərbaycana ayrıseçkilik siyasəti koronavirusla mübarizədə xəstəxanaların azlığı məsələsində də özünü göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qrşı ayrıseçkilik siyasəti Ərdəbildə xəstəxanaların az olması və stndartlara cavab verməməsi məsələsində də özünü göstərib. Xüsusilə koronavirusa yoluxan xəstələrlə dolan xəstəxanalar artıq xəstə qəbul edə bilmir və xəstələrə də lazımi yardım göstərilməkdə ciddi çətinliklər yaşanır.

Ərdəbilin Tibb Universitetinin xəstəlik işləri və diaqnostika mərkəzləri bölümünün müdiri Mehran Asayişi Ərdəbil Tibb Universitetinin canlı İnstaqram verilişində bu barədə yazıb:

 “Ərdəbildə xəstəxanaların tutumu məhduddur və xəstələrlə dolmaq üzrədir. Biz pandemiyaya çevrilmiş bir epidemiya ilə üz-üzə qalmışıq. Bu vəziyyətdən çıxmaq üçün ciddi tibbi müdaxiləyə ehtiyac var”.

Mehran Asayişi bildirib ki, xəstələrin sayı biraz da artarsa, tibbi imkanlarımız yetməyəcək, o zaman böyük faciə ilə üzləşəcəyik:

“Hamımız önləyici tədbirlərə xüsusi əhəmiyyət verməliyik. Ona görə də təkidlə hər kəsi evdə qalmağa çağırırıq. Yalnız bu şəkild xəstəliyin yayılmasının qarşısını almaq mümkündür”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın