Cümə , Oktyabr 23 2026
azfa

Rusiya da diktator İran və Çin kimi koronavirusa yoluxanların gerçək sayını gizləndir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və Çinin koronavirusdan ölənlərin həqiqi sayını gizlətdiyi kimi diktatura ölkəsi olan Rusiya da yeni növ koronavirus epidemiyasına yoluxanların gerçək sayının açıqlanmadığı və virusa yoluxanların əksəriyyətinə  “sətəlcəm” diaqnozu qoyulduğu bildirilib.

Rusiya Həkimlər Birliyi yanında fəaliyyət göstərən  həkimlər ittifaqının rəhbəri  Anastasiya Vasilyeva  ölkədə yayılan yeni növ koronavirus (Covid-19) epidemiyası ilə bağlı vəziyyəti qiymətləndirib.

“Covid-19” epidemiyasına yoluxanların gerçək sayının açıqlanmadığını  iddia edən Vasilyeva deyib: “Həkimləri əsl vəziyyəti gizlətməyə və lazımi avadanlıqların çatışmazlığı barədə susmağa məcbur edirlər”.

Həkimlərin lazımi avadanlıq olmadan  xəstələri  müalicə etmək məcburiyyətində olduqlarını irəli sürən  Vasilyeva bildirib ki, dünyada virusa qarşı istifadə olunan avadanlıqların olmaması cəmiyyətə qarşı bir cinayətdir.

Qyd edək ki, Çin, İran və Rusiya koronavirusdan ölənlərin sayını qat-qat az açıqlamaqla, eləcə də koronavirusa yoluxma sayını gizlətməklə dünyada bu virusu geniş şəkildə yayıb və bəşəriyyəti ciddi təhlükə qarşısında qoyublar.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın